Dünya

Türkiyənin “Kaan” döyüş təyyarəsi nə zaman səmaya qalxacaq?

Türkiyənin beşinci nəsil “Kaan” qırıcısı 2023-cü ilin sonuna qədər ilk uçuşunu edəcək.

Bu barədə cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “IDEF-2023” beynəlxalq müdafiə sənayesi sərgisinin bağlanış mərasimində deyib.

“Üç ay əvvəl anqardan çıxardığımız “Kaan” təyyarəsini ilin sonuna kimi səmada görəcəyik”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Azərbaycan IDEF çərçivəsində müvafiq saziş imzalanan layihənin həyata keçirilməsində iştirak edəcək.
Qeyd edək ki, “Kaan” qırıcısı 2017-ci ildən Türkiyədə milli döyüş təyyarələri proqramı çərçivəsində yaradılıb. 2028-ci ildə onun kütləvi istehsalına başlanılacağı planlaşdırılır. Türkiyə hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, taktiki və texniki xüsusiyyətlərinə görə “Kaan” ABŞ “F-35”lərini keçəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində xidmətdə olan “F-16” qırıcılarını əvəz edəcək.

Mənbə: TASS

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir