İdman

Azərbaycanın bədii gimnastı Universiadada üç medal qazanıb – YENİLƏNİB – 2

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.

“Zirvə yolu”nun məlumatına görə, idmançı lentlər hərəkətlərdə də fəxri kürsüyə qalxıb.

Ağamirova 29.150 xalla bürünc medal əldə edib. O, gürzlər və halqa ilə çıxışda gümüş medal qazanmışdı.

13:52

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.

“Zirvə yolu”nun məlumatına görə, idmançı gürzlər ilə hərəkətlərdə uğurlu çıxış edib.

Ağamirova 30.850 xal toplayaraq gümüş medala layiq görülüb.

11:00

Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.

“Zirvə yolu”nun məlumatına görə, bədii gimnast Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə uğurlu çıxış edib.

Finalda 31.800 xal toplayan Ağamirova gümüş medal əldə edib.

Qeyd edək ki, Zöhrə Ağamirova lent və gürzlərlə hərəkətdə də finala yüksəlib. Daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir