Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində C.Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.