Cəmiyyət

Moskva Bakı-Xankəndi görüşünün Yevlaxda olmasını təklif edir? – “Bu bizi ələ salmaqdır…”

“ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə avqustun 1-də Bratislavada Artsax və Azərbaycan nümayəndələri arasında görüş keçirilməli idi, lakin srağagün Azərbaycan səbəbləri izah etmədən görüşdən imtina edib”.

Zirveyolu.info  moderator.az-a istinadla xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bunu Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “prezident”i yanında “antiböhran şurası”nın sədri Tiqran Petrosyan deyib.

O qeyd edib ki, Rusiya belə bir görüşü Yevlaxda və ya Bakıda təşkil etməyə çalışır, lakin orada dialoq ola bilməz. “Biz orada nələrin müzakirə olunacağını çox gözəl anlayırıq… Yəni Moskva Azərbaycanda görüş təşkil edir, Bakı azadlıq mübarizəsində iştirak etmiş Artsax vətəndaşlarını oğurlamağa başlayıb və Vaqif Xaçatryanın nümunəsi gözümüzün qabağındadır. Bu şəraitdə Moskvanın belə bir təklifi bizi ələ salmaqdır. Bu bizim üçün təhqirdir”,- deyə separatçı vurğulayıb.

“ABŞ və Avropa Sofiyada görüş təşkil etməyə çalışdılar. Bundan xəbər tutan Rusiya oyuna girdi, mayın 25-də Moskvada görüş təşkil etdi və bu görüşdə Sergey Lavrov bizi milli azlıqların nümayəndələri adlandırdı ki, bu da bizim üçün qəbuledilməzdir və bu, Rusiya hakimiyyətinin real siyasətini göstərir”, – Petrosyan bildirib.

O qeyd edib ki, görüşün keçirilməsi məsələsini müzakirə etmək üçün sabah və ya ertəsi gün Qərb ölkələrinin nümayəndələri İrəvana gələcək.
Xatırladaq ki, dünən -iyulun 30-da meidada Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında Avropa ölkələrindən birində müzakirələrin olacağı barədə erməni siyasətçi Arman Babacanyan tərəfindən iddia ortalığa atılması haqda xəbər yaymışdı. Lakin həqiqətə uyğun olmayan bu iddia Azərbaycan tərəfindən təsdiqlənməmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir