Month: İyul 2023

Masallıda 15 yaşlı oğlan suda boğularaq ölüb

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb. “Zirvə yolu”nun xəbərinə görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı TUTULDU – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. DTX-dən verilən məlumata görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər…

Finlandiya Rusiya vətəndaşları üçün ölkəyə giriş məhdudiyyəti qoyub

Finlandiya bir sıra Rusiya vətəndaşlarının ölkəyə girişini sərtləşdirib. “Zirvə yolu” Finlandiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər iyulun 10-dan qüvvəyə minib. Dəyişikliklər iş adamlarına, abituriyentlərə və mülk sahiblərinə təsir edəcək. Belə ki, iş adamları digər Avropa İttifaqı ölkələrinə…