Cəmiyyət

Qədimbəyli erası BAŞA ÇATIR? – BU NƏDİ BELƏ?

Avqustun 3-də Post TV-nin Youtube.com və Tik-Tok platformalarında “Yusif Qədimbəyli kapitalı niyə xaricə daşıyır? – Bazarda sahibkarlar talanır…”sərlövhəli araşdırma videomaterial hazırlanıb.

Qısa müddət sonra Post TV-nin Tik-Tok səhifəsində videomateriala 200 min baxış olub. Geniş ictimai müzakirəyə səbəb olan videomaterial “topluluk kuralları ihlali” səbəbi ilə avqustun 4-də həmin səhifədən silinib.

Videomaterialın Tik-Tok-dan silinməsi ilə bağlı qısa araşdırma apardıq. Məlum oldu ki, videomaterial “Sədərək Yusif”in oğlu Mehman Qədimbəyli sildirib. Bəs, o buna necə nail olub? Videomaterialda qye detmişdik ki, M.Qədimbəyli Tik-Tok-da böyük pul maxinasiyaları həyata keçirir. Onun bu sosial şəbəkədə ciddi resursları və əlaəqləri var, atasının xalqdan oğurladığı pullar hesabına o, ətrafında minlərlə trol şəbəkə saxlayır. O, müxtəlif bahalı proqramlar əldə edərək, kibercinayətkarlıqla məşğuldur. Görünür, M.Qədimbəylini incidən atası haqqında səslənən ittihamlar yox, bazardakı tualetlərdən və girişdə yığılan pullardan özünə özünə təm-təraqlı həyat qurması ilə bağlı yayımladığımız fikirlər olub. M.Qədimbəylinin adı sosial şəbəkələrdə baş verən qalmaqallarda dəfələrlə hallanıb. Videomaterialın bərpası üçün Tik-Tok-un qərəzli qərarı ilə bağlı da zəruri addımlar atılacaq.

M.Qədimbəyliyə xüsusi xatırlatma: atdığın bu addım məsələni daha da prinsipialaşdırdı, bundan sonra nə sənə, nə də maxinator atana güzəşt olmayacaq. Bazarda, gecə klublarında, müxtəlif ölkələrdə həyata keçirdiyin bütün iyrənc əməllərdən hamı xəbərdar olacaq. Başından böyük işə qalxdın! Daha mənəvi atan Ramiz Mehdiyevin dövrü deyil ki, tualet pulundan əldə etdiyin gəlirlərlə özünü toxunulmaz hesab edəsən.

Vaxtilə Prezident Administrasiyasında işləyən maxinator atanın dəcəl övladı olan Mehmana bir neçə sualımız var. Tik-Tok-da müxtəlif şəxslər hər gün Dövlət başçısını, ölkənin önəmli dövlət adamlarını təhqir edir. Bəs, sən bu videoları niyə sildirmirsən? Səbəbi bəllidir, bəlkə də bu adamlarla işbirliyiniz var, yoxsa bu ölkədən qazandığınız pulları xaricə niyə daşıyasınız ki? Nəyə hazırlıq görürsünüz? O pullarla kimləri maliyyələşdirməyi planlaşdırırsınız? Maxinator atana söylə ki, “Sədərək”dəki sahibkarlara qarşı həyata keçirdiyi terrordan əl çəksin, onları müflis etməsin. Qısası, rədd olun bazardan! Bundan sonra ən ağır toplara hazır olun!

Post TV-nin rəhbəri: Samir Feyruzov //azinforum.az//

Videomaterialın Yutub linki:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir