“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı müdafiəçi ilə 1 illik rəsmi müqavilə bağlanılıb.
Qeyd edək ki, Slavik Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.