İdman

“Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib.

“Zirvə yolu” xəbər verir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.

Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Beləliklə, matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”a qarşı səfər matçına çıxacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir