Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti 2023-2024-cü tədris ilində bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib.
“Zirvə yolu“ Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposu və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər. Peşəkar dəmiryolçu olmaq istəyən gənclər builki tələbə qəbulunda “Nəqliyyat mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisaslarını seçə bilər. Dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcək.