Dünya

Belarus müdafiə naziri: “Rusiya və Belarusun NATO ilə hərbi toqquşma ehtimalı artır”

“Gələcəkdə Rusiya və Belarusun NATO ilə birbaşa hərbi toqquşma ehtimalı var. Bu ehtimal getdikcə artır”.

“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

Onun sözlərinə görə, Qərb ölkələrində hərbi hazırlıq intensiv olaraq davam edir: “Qərbin genişmiqyaslı müharibəyə başlamasına mane olan yeganə məqam nüvə silahının tətbiqi təhlükəsidir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir