Dünya

Havayda ölənlərin sayı 110-a çatıb

ABŞ-nin Havayı ştatında misli görünməmiş yanğınlarda ölənlərin sayı 110-a çatıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ştatın qubernatoru Joş Qrin mətbuat konfransında deyib.

“Yüz on nəfər ölmüş hesab edilir”, – o, mətbuat konfransında açıqlayıb.

Xatırladaq ki, daha öncə Ağ ev Prezident Cozef Bayden və həyat yoldaşının avqustun 21-də adalara səfər etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Maui və Böyük adalarındakı meşə yanğınları quru və isti hava səbəbindən başlayıb və Dora qasırğasının gətirdiyi güclü küləklər nəticəsində daha da şiddətlənib. Yanğın bir neçə yaşayış məntəqəsini, o cümlədən məşhur turistik Lahayna şəhərini məhv edib. Ada rəhbərliyi yolları bağlamağa məcbur qalıb, ictimai nəqliyyat işləmir. Yüzlərlə yerli sakin təxliyə edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir