Cəmiyyət

Naxçıvanda taksi şirkətinin təmsilçisi HƏBS OLUNDU – TƏFƏRRÜAT

Naxçıvanda yeni fəaliyyətə başlamış *8777 taksi şirkətinin muxtar respublika üzrə təmsilçisi V. Babayev həbs olunub. Bu həbsin şirkəti sıxışdırıb, Naxçıvandan qovmaq üçün təzyiq vasitəsi olduğu bildirilir.

V. Babayevin həbs olunmasını Naxçıvan MR DİN də təsdiq edib. Lakin, məlumatda onun digər taksi sürücülərinin şikayəti əsasında həbs olunduğu vurğulanır:

“Fəaliyyət sahəsi üzrə zəng qəbul edib yönəltdiyi taksi sürücülərinin şikayətləri əsasında onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin 25 sutka barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunub”.

Bundan əlavə, nazirlik şirkətin rəhbəri Həsrət Paşayevlə bağlı da araşdırmalara başlayıb. İddiaya görə o, sürqcüləri təhdid edib.
Gündəlik Naxçıvan

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir