Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək.
“Zirvə yolu” xəbər verir ki, layihə sentyabrın 2-də ikinci dəfə Mingəçevirdə, Kür sahilində reallaşacaq.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil ediləcək yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə biləcək. Gənclər və İdman Nazirliyinin yerli regional qurumları yarış barədə yerlərdə məlumatlandırılıb. Sonda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.
Qeyd edək ki, 2022-ci ildə eyniadlı layihədə müxtəlif yaşlarda təxminən 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak edib.