Cəmiyyət

Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal – ADİL ƏLİYEVİN OĞLUNUN KÜRƏYİ YANDIRILIB

Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

Zirveyolu.info  bildirir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir