İdman

Azərbaycan taekvondoçuları Qran-pridə iştirak edəcəklər

Azərbaycan parataekvondoçuları Fransada keçiriləcək Qran-pridə iştirak edəcəklər.

“Zirvə yolu” Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə xəbər verir ki, baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək.

Avqustun 30-da başlayacaq Qran-pridə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar.

Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir