“Bu il 40 mindən çox müəllimin sertifikasiya imtahanında iştirakını təmin edəcəyik”.
“Zirvə yolu” xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib: “Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib”.
Mərkəz direktoru əlavə edib ki, imtahanın nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilir.