Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Səhra geyim formalarının satın alınması” ilə bağlı elam etdiyi temder başa çatıb.
Tenderin qalibi “TEYMUR COLLECTION” MMC olub.
Tərəflər arasında 741.960,4 AZN-lik müqavilə imzalanacaq.
Tenderə Ali rəis heyəti üçün istiləşdirilmiş qış gödəkçəsi və qış şalvarı, Baş, orta rəis heyəti və kiçik heyət üçün istiləşdirilmiş qış gödəkçəsi və qış şalvarı, Ali rəis heyəti üçün yay gödəkçəsi və şalvarı, Baş, orta rəis heyəti və kiçik heyət üçün yay gödəkçəsi və şalvarı (isimlik ilə birlikdə), Ali rəis heyəti üçün qısaqol yay köynəyi (isimlik ilə birlikdə) və.s daxildir.
Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan “TEYMUR COLLECTION” MMC-nin qanuni təmsilçisi TEYMUR MƏMMƏDOV RİZVAN OĞLUdur.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzovdur.32gun.az