Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Zəfər günü ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat paylaşılıb.
“Səfir Rəşad Məmmədov Prezident Sarayında keçirilən Zəfər Bayramı mərasimində iştirak edib və Prezident Rəcəb Tayyib Ərdoğana təbrikini çatdırıb”, – paylaşımda qeyd olunub.