İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı ilginc açıqlamalarını davam etdirir. DİA.AZ bildirir ki, bu dəfə İSBAM sədri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevn şəxsinə aid bir faktı açıqlayıb və ortaya haqlı suallar da qoyub.
İSBAM sədri yazır:
“QHT Agentliyi nə qədər səxavətli imiş…
Cəmil Həsənlinin vəkilinə də qrant ayırıb. Ölkə rəhbərliyini söyən adamları ( onların ətrafını) maliyyələşdirmək siyasi dönüklük deyilmi hörmətli Azay Quliyev ?
Hər kəsin siyasi fikrinə hörmətlə yanaşıram.
Amma Agentlik rəhbərliyinin ucuz üsulla məni ittiham etdirib, bu kimi dövlətçiliyə qarşı prinsipsizliklərini anlamaq olmur…”
Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…