Lerikdə sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 obyektin sahibi barəsində inzibati qaydada tədbir görülüb
Dünən Babək rayonu, Qahab kənd orta məktəbinin direktoru Əlövsət Rzayev işdən çıxarılıb.
DİA.AZ bildirir ki, Ovqat.com-a bu barədə məlumat Qahab kəndinin bir sakini tərəfindən ötürülüb.
Məlumata görə, məktəb direktoru Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi, el arasında “canişin” ləqəbiylə şöhrət tapmış Fuad Nəcəflinin Qahaba səfərinin güdazına gedib.
““Canişin” Qahab kəndinə gələndə kənd sakinləri ona Qahab kənd orta məktəbindən xeyli şikayət etmişdilər. Demişdilər ki, məktəbdə dərs keçirilmir, tərbiyəsizlik baş alıb gedir. Fuad müəllim bu şikayətləri dinlədikdən sonra heç nə demədən kənddən kənddən ayrılmışdı və dünən isə bəlli olub ki, o, məktəb direktoruna qəzəblənib və məhz bu səbəbdən Əlövsət Rzayev işdən uzaqlaşdırılıb”, – kənd sakini əməkdaşımızla söhbətində bildirib.
Onun eşitdiyinə görə, Naxçıvan MR Təhsil naziri Rəhman Məmmədovu da uzun müddətli gedər-gəlməz məzuniyyətə göndəriblər. “Böyük ehtimalla, Rəhman müəllim geri qayıtmayacaq. Yəqin ki, onun da yerinə bir şahbuzlunu təyin edəcəklər”, – “canişin” əfəndinin 7-8 aylıq iş prinsipini dərindən öyrəndiyi deyən mənbəmiz hətta proqnoz verməkdən belə, çəkinməyib.