Bakı bulvarıda insanların həyatı təhlükədədir. Belə ki, bəzi işbazlar skuterləri əsl problemə çevirib. Bulvara daxil olan kimi, tərbiyəsiz, mədəniyyətsiz şəkildə insanlara yaxınlaşan işbazlar zorla öz iyrənc əməllərini yerinə yetirilməyə cəh edirlər.
10-20 azn qarşılığında istirahətə gələn sakinlərin əsəblərini pozan bu işbazlar eyni zamanda gəzintiyə çıxan insanların da həyatlarını təhlükəyə atırlar. Millət vəkilləri, ictimai insanlar Bulvardakı özbaşınalığı nə qədər gündəmə gətirsələr də, heç bir nəticə yoxdur. Yenə parkın girişində eyni adamlar, yenə eyni mənzərə…
Biz media olaraq bu mövzunu işıqlandırıb, sizin diqqətinizə çatdırdıq. Ümid edirik, problem həllini tapar və Bakı Bulvarı tam olaraq azad olacaq.
“Azərbaycan Reallığı”