Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbədən sonra işğaldan zad olunan torpaqlarımızda tikinti işləri vüsət almaqdadır.
Düşmən tapdağından azad edilən ərazilərimizdə hazırda genişmiqyaslı infrastruktur işləri aparılır.
Zirveyolu.info Qlobal.az-a istinadla xəbər verir ki, işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti işlərinin bir hissəsini Körpü Bina Tikinti şirkəti aparır.
Lakin Azərbaycanda uzun illərdir tikinti sahəsində fəaliyyət göstərən Körpü Bina Tikinti şirkəti nədənsə Qarabağda inşa etdiyi bəzi obyektləri müasir standartlardan kənar aparır.
Belə ki, sözügedən şirkət konkret olaraq Bərdə-Ağdam magistralı üzrədində inşa edilən yerüstü piyada keçidlərinin inşası zamanı bir çox qüsurlara yol verib.
Məsələn, “Dördyol-1” qəsəbəsində inşa eidlən yerüstü piyada keçidində əlil arabaları üçün hərəkət zolağının düzgün aparılmadığı bildirilir.
Həmçinin bu keçiddə lift də yoxdur.
Beklə olan təqdirdə Qarabağ müharibəsi veteranlarının daha çox yaşadığı qəsəbədə əlillərin bu keçiddən hansı formada istifadə edəcəyi ciddi suallar yaradır.
Digər bir məqam isə inşa edilən yerüstü piyada keçidində havalandırma sisteminin və nəfəsliklərin olmamasıdır.
Yüksək tempraturlu günlərdə uzunluğu 50 metrlik havalanması olmayan piyada keçidində insanların necə hərəkət etmələri də sual yaradan amillərdəndir.
Daha vacib məqam isə bu keçidin tikintisində istifadə olunan əsas materialın – alkopan üzlüklərinin keyfiyyəti ilə bağlıdır. Yanğına davamsızlığına və güclü radioasiya şüalanması yaratdığına görə bir çox inkişaf etmiş ölkələrdə qadağan edilən alkopan materialının bu keçidlərdə istifadə edilməsi görülən digər yaxşı işlərə kölgə salır.
Əldə etdiyimiz məlumatda isə bu örtüklərin Çində istehsal olunduğu, ancaq “türk malı” adı altında keçidlərdə istifadə edildiyi vurğulanır.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilib.
Üç yüz min manat nizamnamə kapitalı olan “Körpü-Bina-Tikinti” MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdıl oğludur.
“Körpü-Bina-Tikinti” MMC-nin tikinti maqnatı Xəlil Göyüşova aid olduğu bildirilir.
Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-dən mövqe öyrənə bilmədik.