Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.