Siyasət

Çində Azərbaycan və Moldova mədəniyyət nazirlərinin görüşü olub

Çində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Moldovanın mədəniyyət naziri Sergiu Prodan arasında görüş olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, A.Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinə səfəri davam edir. Səfər çərçivəsində o, moldovalı həmkarı ilə bir araya gəlib.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.

S.Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir