Xəbər

Tanınmış jurnalist Aqrar Xidmətlər Agentliyinə OD PÜSKÜRDÜ – “Di cavab verin də!”

“Deməli, Palata indi üzə çıxarıb ki, KTN-nin Aqrar Xidmətlər Agentliyinin yarıtmaz rəhbərliyi dövlətə kələk gəlib”. DİA.AZ bildirir ki, bunu açıqlamasında Hesablama Palatasının son ittihamlarına münasibət bildirən tanınmış jurnalist Fazil Əhməd qeyd edib.

Jurnalist daha sonra ilginc məqamların yer aldığı açıqlamada da bulunub: “Söz vaxtına çəkər. Elə deyəsən 2020-ci il idi, KTN-in Çindən aldığı texnikaların qiymətini şişirdərək dövlətə sırıması barədə yazdıq. Daha doğrusu, Vahid Məhərrəmovun müsahibəsini verdik.
Həmin vaxtı KTN məsələyə aydınlıq gətirmək əvəzinə, şantaja keçdi.
Dövlətdən ogurluq eləməkdən utanmayanlar bizi və bizə istinadla müsahibəni verən jurnalistləri aşağılamağa cəhd etdilər. O adam ki, dövlətin verdiyi xidməti maşını belə, ailəsinin sərəncamına verib.
Rəhmətlik Qadir İbrahimli dil-ağız elədi, yoxsa həmin xidməti maşınla kimin və necə qəza elədiyinin görüntüsünü də yayacaqdım…
Sözü ona gətirirəm ki, indi bu adamlar Palatanın yoxlamasına nə deyirlər?!
Di cavab verin də!
Dədələr düz deyir, utanmasan oynamağa nə var ki?!”

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir