Bərdə rayonunun Körpüsındıran kəndi ərazisində məskunlaşan Laçın və Kəlbəcər rayonundan olan 22 məcburi köçkün ailəsi ölkə başçısına müraciət edib.
Müraciətin bir surəti də Reportyor.info-nun redaksiyasına daxil olub. Məcburi köşkünlər bildirir ki, övladlarını məktəbə göndərə bilmirlər. Səbəb məktəbin yayaşıy yerindən 6 kilometr məsafədə aralı olmasıdır:
“Kəlbəcər rayonundan olan şəhidlərimiz Mirzəyev Mahmudun və Almasov Tağının da ailə üzvləri bizimlə eyni ərazidə məskunlaşıb. Onların nəvələri də daxil 20-yə qədər hər yaş qrupuna aid uşaqlar var. Bərdə rayonu Şəhid Elzamin Mirzəyev adına Muğanlı kənd tam orta məktəbi məskunlaşdığımız əraziyə ən yaxın məktəbdir. Amma bu məktəb də yaşayış yerindən 6 kilometr arlıda yerləşir. İndiyə qədər övladlarımızı marşrut olmadığı üçün taksiylə məktəbə göndərirdik. Ancaq indi uşaqlar böyüdüyü üçün bir taksiylə göndərmək mümkün olmur. Əlavə maşın tutmağa da imkanımız yoxdur. Qarabağ Regional Təhsil İdarəsinə müraciət etmişik. Amma oradan bildirilib ki, köməklik edə bilməyəcəyik. Biz övladlarımızın təhsildən kənarda qalmasını istəmirik. Xahişimiz budur ki, marşrut xətti açılsın”. //Reportyor.info//