Siyasət

Fransada Xurşidbanu Natəvan adına məktəbdə ilk dəfə Azərbaycan rəqsləri tədris olunacaq

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbi 2023-2024- cü illər üzrə yeni tədris ilinə başlayıb.

“Zirvə yolu” xəbər verir ki, yeni tədris ilində məktəbdə təhsil alan uşaqlara ilk dəfə olaraq Azərbaycan rəqsləri tədris olunacaq.

Beləliklə, bu il Xurşidbanu Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm və rəqs dərsləri tədris olunacaq.

Qeyd edək ki, bu il məktəbə 20-yə yaxın şagird yazılıb. Onlar arasında soydaşlarımızla yanaşı, türk, fransız, qazax və digər xalqlardan olan ailələrin uşaqları da var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir