Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb, bir nəfər ölüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasedicilər “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.