“Şikayətim AYNA (köhnə BNA) və Baku BUS MMC-dəndir”. DİA.AZ bildirir ki, bu barədə “Şikayətim VAR” sosial qrupundakı paylaşımında Gülər Hüseynova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: “Baxmayaraq ki,Baku BUS Zığda yerləşir ancaq yerli Zığ camaatı adından deyə bilərəm ki,hamımız çox əziyyət çəkirik.Çox çək-çevirdən sonra bu ilin Fevral ayında (44 qəza törətdikdən sonra) yeni avtobuslar verildi.Çox sevindik ki, her şey əla olacaq,daha da pis oldu.İnterval yuxarı qalxdı,sıxlıq çoxaldı və keyfiyyət daha da aşağı düşdü.20-25 dəq avtobus gözləmək olar?Hamı bir-birinin belində gedir.4 avtobus son dayanacaqda gözləyir onun biri də gəlmir, gözləyir 20 dəq keçsin sonra gəlsinlər.
Və bu gün 28 Sentyabr durduq ki yuxudan 7 ay sevincək olduğumuz avtobusları yığışdirib əvəzinə siniq-sökük avtobuslari (bu avtobuslara təzə demək üçün min şahid lazımdır) veriblər.Avtobuslar sanki mənşəyi bilinməyən bir yerdən gətirilib və avtobusda üfunət iyindən dayanmaq olmur.AYNA şikayətə baxmır,BAKU BUS əsaslı cavablar vermir.
Səbəb soruşanda: daxili qaydaya əsasən dəyişmişik, səbəb deyə bilmərik.
Ümumiyyətlə Baku BUS və AYNA- ni hara şikayət etmək olar?”
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…