Hərb Manşet

Qarabağda mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib

Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib. Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyən edilmişdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir