“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev
“Bundan sonra qətiyyən ermənilərə etibar etmək olmaz! Onlar çox ikiüzlüdürlər. Jurnalistlərə verdikləri müsahibələri dinləyirəm, hətta biri deyirdi ki, “erməni millət deyil”. Qətiyyən onlara güvənmək olmaz. Situasiya dəyişəndə erməni quzuya dönür”.
Bu sözləri Yenisabah-a Xalq artisti Rasim Balayev bildirib.
“Alman yazıçı Adam Mezin “Müsəlmanların intibahı” (Мусульманский ренессанс) adlı bir kitabı var, orada erənilər haqqında da fikirlərini bildirir. O yazır ki, bu millət qulluq üçün yaranıb, onların belində hər zaman zərbə olmalıdır, gərək məcbur edəsən ki, işləsin.
Erməni millətinin bir neçə sifəti var. Mən əminəm ki, bu gün jurnalistlərlə bizim dildə danışıb yaltaqlıq edən ermənilər 1988-ci ildə Xankəndidə “Miatusum-Miatsum” – deyə qışqıran ermənilərdir. Hazırda görürlər ki, vəziyyət belədir, başlayırlar yalandan danışmağa ki, Bakıda dostum çoxdur, müsəlmanları çox sevirəm, erməni millət deyil və s. Bunlar hamısı cəfəngiyyatdır! Yalan danışırlar! Onlar çox alçaq millətdir!”, – R. Balayev qeyd edib.
O, ermənilərin ikiüzlü xislətinin olduğunu qeyd edib:
“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik, bəzisi isə deyir ki, bizi gəlib çıxartdılar, dedilər ki, çıxmalısınız, biz də çıxdıq. Onların öz milləti deyir ki, çıxmalısınız, rəhbər işçiləri deyir ki, çıxın, yoxsa müsəlman gəlib sizi qıracaq. Onlar bu cür xarakterə sahibdilər və heç vaxt, heç bir halda inanmaq olmaz. İnşallah, bundan sonra hər şey yoluna düşər”.