Cəmiyyət

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı – Fotolar + Yenilənib

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır.

Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınır.

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.

***

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.

Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının məlumat yayıb.

Azərbaycanın səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.

Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

Report

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir