Cəmiyyət

İkimilyonluq mənimsəmədə ittiham olunan qadının məhkəməsi başlayıb

“Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 11-ə təyin olunub.

Qeyd edək ki, Tənzilə Kərimovanın işi üzrə 81 nəfər zərərçəkən var. Onun ümumilikdə 2 milyon manat mənimsədiyi iddia edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir