Cəmiyyət Xəbər

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri

Yol polisi əməkdaşlarının özbaşınalıqları getdikcə daha da artır. Məlumdur ki, yol polisi əməkdaşlarının bəziləri fəaliyyətləri zamanı özbaşınalıqlara çox yol verirlər. Elə rəisin yerinə əmr çıxarıb icra edən Gəncə Dövlət Yol Polisinin komandiri polis mayoru Ramin Bağırov da qanunsuz olaraq vətəndaşları ittiham edən polis əməkdaşlarından biridir.

İndi isə gələk Gəncə Dövlət Yol Polis mayoru Ramin Bağırovun əsassız vətəndaş ittihamına.

Deməli Gəncə Dövlət Yol Polisinin komandiri polis mayoru Ramin Bağırov 29.09.2023 tarixində (öz xidməti avtomobili 99 YP 032 dövlət qeydiyyat nişanlı) lakin başqa xidməti avtomobillə (99 YP 209 dövlət qeydiyyat nişanlı) saat 23:15 radələrində Gəncə Mall-ın qarşısında 99-VZ-028 dövlət qeydiyyat nömrə nişanlı Range Rover markalı avtomobilə yaxınlaşaraq sürücünün maşını polis bölməsinə sürməsini tələb edib. Sürücü də öz növbəsində DYP-nin əməkdaşının əmrinə tabe olub və bölməyə gedib. Orada məlum olub ki, guya sürücü Gəncə Mall-ın qarşısında Fifa siqnalı verib. Lakin maşına baxış keçirilib və məlum olub ki, maşında ümumiyyətlə belə bir siqnal yoxdur. Qanunsuz yerə bölməyə apardığı maşını sərbəst buraxmaq əvəzinə işi məzuniyyətdə olan Gəncə şəhər DYP-nin rəisi Eldəniz Həsənovun əmri olduğunu deyib və ancaq onun buraxa biləcəyini söyləyib. Lakin, bu addımı atmaqla Ramin Bağırovun məqsədinin nə olduğunu anlamaq mümkün deyil. Necə olur ki, işi məzuniyyətdə olan rəisin əmr və göstərişi ilə yerinə yetirdiyini deyir. Bu kimi neqativ halların Gəncə şəhər Dövlət Yol Polisi tərəfindən tez-tez baş verməsi şəhər sakinlərinin kəskin etirazına səbəb olur. Doğrudur, hüquq mühafizə orqanlarının rəhbərliyi ictimai qınaqlardan sonra tədbirlər görsə də, bu cür özbaşınalıqlara tamamilə son qoyulmur. Hətta qeyd etmək lazımdır ki, Gəncə şəhərində Yol polislərinin özbaşınalıqları pik həddədir. Şəhərdə sürücülərin qanunsuz təqib edilən, onlara qarşı qanunsuz cərimələr tətbiq edəcəyi ilə hədələyib nəsə alan bəzi Yol polislərinin özbaşınalıqları sakinlərin haqlı narazılıqlarına səbəb olur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir