Siyasət

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ… – GİLEY

Xaricdən özünə avtomobil gətirən vətəndaşlardan biri Dövlət Gömrük Komitəsi əməkdaşlarının yersiz bürokratiyası və pul tələbindən usanaraq etirazını bildirib. DİA.AZ xəbər verir ki, hələ də avtomobilini rəsmiləşdirə bilməməsi səbəbindən narazı vətəndaş gileyini anonim olaraq çatdırır.

O, “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında yazır:

“Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edirəm. Hörmətli DGK rəhbəri, bu qədər də olmaz da… Avtomobilimin problemi olduğu üçün usta gətirmişəm onun saxlandığı dayanacağa… Əməkdaşınız 20 manat tələb edir qanunsuz olaraq… Bu pulu guya ustanın içəri keçməyinə görə istəyir…. Və qanunsuz olaraq əl yazısı ilə qaimə yazib verir…

İl artıq 2023 olmuş… Sizlərdə hələ də qaimə işləyir və qanunsuz 20 manat tələb olunur…”

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir