Cəmiyyət

Cahangir Əsgərov da yoxdur… bəs, qiymətləri KİM UÇURDUR? – Endirim var… HƏM DƏ YOX!

Azərbaycan Hava Yollarının (AZAL) sərnişinlərə təqdim etdiyi aviabiletlərin qiymətlərinin baha olması müzakirə olunan məsələlərdən biridir.

Sosial şəbəkələrdə vətəndaşlar aviabiletlərin qonşu ölkələrlə müqayisədə baha olmasından narazılıqlarını bildirirlər. Koronavirus pandemiyası səbəbilə Azərbaycandan xarici ölkələrə yalnız hava yolu vasitəsilə səfər mümkündür. 2020-ci ilin mart ayından insanlar ancaq hava yolundan istifadə edərək səfərlərini həyata keçirirlər.

Belə olduqda, aviabiletlərin qiymətlərinin bahalığı insanlarımız üçün problemə çevrilir. Sosial şəbəkədə vətəndaşlar əsasən qonşu ölkələr üçün təklif edilən biletlərin qiymətində endirimlərin olmasına çağırış edirlər. Sentyabr ayının birində AZAL-ın prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edildi. Əhali arasında bundan sonra aviabiletlərin qiymətlərində ucuzlaşma olacağına dair fikirlər səslənirdi. Hətta sosial şəbəkələrdə sentyabr ayından etibarən qiymətlərin endiyinə dair məlumatlar dolaşır.

Cebhe.info Azərbaycan Hava Yolları (AZAL) QSC-nin saytına əsasən məlumat verir ki, aviabiletlərin qiymətlrəində ümumi enmə müşahidə edilmir. Qurum müəyyən müddətli kampaniyalar təşkil edir və təklif olunan biletlər də məhdud saydadır. Yəni AZAL ən populyar istiqamətlər – Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayıb.

Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri 90 manatdan başlayaraq, gediş-gəliş isə 180 manatdan başlayaraq təşkil edir. Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 manatdan başlayaraq, gediş-gəliş isə 347 manatdan başlayan qiymətə başa gələcək. İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 manatdan başlayaraq, gediş-gəliş aviabiletini – 437 manatdan başlayaraq təklif edir.

Xüsusi təklif 1 noyabr 2023-cü il – 29 fevral 2024-cü il tarixləri arasındakı aviabiletlər üçün keçərlidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir