Cəmiyyət

Hakimlə vətəndaş arasında ev qalmaqalı – TƏFƏRRÜAT

Bakı sakini Səlahəddin Kərimov paytaxtda aldığı evə sahiblənə bilmir.

Zirveyolu.info  bildirir ki, bu barədə Qaynarinfo-ya şikayətçi özü məlumat verib.

O, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 27 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış almaq istəyərkən məlum olub ki, evin başqa mülkiyyətçisi də var: “Məlum oldu ki, mənə məxsus ev Mərdanova Şahnaz Abdulla qızı tərəfindən Mərdanova Xumar Afət qızına bağışlanıb. Məsələ burasındadır ki, bu ev 1959-cu ildən bizim olub. Şahnaz Mərdanovanın bunu hansı əsasla Xumar Mərdanovaya bağışlaması məlum deyil”.

Şikayətçinin sözlərinə görə, bununla bağlı mübahisə yaranıb və o, məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi bağışlanma ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Saləddin Kərimovun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarıb.

“Qarşı tərəf apellyasiya şikayəti verib. Onların şikayəti təmin olub. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, qarşı tərəf, yəni Xumar Mərdanova Bakı Apellyasiya Məhkəməsinin hakimidir. O, bundan yararlanaraq qətnaməni ləğv etdirib. Eyni zamanda bu məsələ ilə bağlı məhkəmə mübahisələrində səlahiyyətindən istifadə edərək işə obyektiv baxılmasına mane olur”, deyə Saləddin Kərimov vurğulayıb.

Şikayətçi onu da qeyd edib ki, evinin yerləşdiyi ərazidə söküntü işləri aparılır. “Lux Residence” MMC köhnə evləri sökərək yerində yeni binalar inşa etmək istəyir. Xumar Mərdanovanın ərizəsi əsasında mənim evimlə bağlı hər hansı addımın atılmasına qadağa qoyulub”, deyə Saləddin Kərimov vurğulayıb.

O, məsələ ilə bağlı yuxarı instansiyalara da şikayət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə bağlı Xumar Mərdanovanın da mövqeyini öyrənməyə cəhd edib. Lakin cəhdlər nəticə verməyib. Əməkdaşımız Bakı Apellyasiya Məhkəməsinə zəng vurub. Oradan isə bildirilib ki, yalnız icraatda olan işlər barədə məlumat verilə bilər.

Hakimlə vətəndaş arasında ev qalmaqalı
Hakimlə vətəndaş arasında ev qalmaqalı

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir