Ağdaş rayonu, Qumlaq kənd sakini Yusifova İlahə İmaləddin qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddi edir ki, 1994-cu ildən yaşadığı küçədə qaz yoxdur, “Azəriqaz”a müraciət etsələr də, şikayətlərinə baxılmır:
“Mən, Yusifova İlahə İmaləddin qızı, öz adımdan yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.
İllərdir odun peçindən istifadə edirik. Kəndin icra nümayəndəliyi, hətta bütün kənd bilir ki, bir neçə evdə qaz yoxdur, “Azəriqaz” deyir ki, bizə deyilsin, biz də çəkək. Kənddə bizim küçənin adı yoxdur, evimiz Çinar ağaclarının yaxınlığıdır”.