Cəmiyyət

Bakıda 30 yaşlı qadın binadan yıxılaraq ağır xəsarət alıb

Bakının Nizami rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

“Zirvə yolu”nun məlumatına görə, Bəhruz Nuriyev küçəsində 1993-cü il təvəllüdlü Əliyeva Aytən Nurəddin qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yerə yıxılıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.

Qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir