Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Səsvermənin nəticəsinə fikir verin:
491 deputat qətnamənin lehinə, 9-u əleyhinə səs verib, 37-si isə bitərəf qalıb.
İllərdi ki, müxtəlif QHT-lər, dövlət qurumları, Milli Məclisin deputat qrupları, fərdi şəxslər Avropa Parlamenti ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində layihələr icra ediblər.
Bu adla Azərbaycan büdcəsindən qrant layihələri kimi külli miqdarda pullar xərclənib. Bəs nəticə hanı? Belə çıxır ki, xərclənən 100 milyonlara pulun müqabilində biz haqq işimizə dəstək verə bilən cəmi 9 dost qazanmışıq?
Bu istiqamətdə icra edilən layihələr yenidən təftiş edilməlidir. Açıq-aşkar görünür ki, ortada yarıtmaz fəaliyyət, külli miqdarda mənimsəmə olub!
Məhəmmədəli Qəribli – DİA.AZ