Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir
Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəməli olacaq.
“Zirvə yolu” xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Bundan başqa, sənədə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.