Siyasət

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilir

Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilir.

“Zirvə yolu”nun məlumatına görə, yürüş Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun binasının önündən başlayaraq Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid olmuş 13 əsgərinin xatirəsinə ucaldılmış abidənin qarşısına qədər davam edəcək.

Tədbirdə 100 türkiyəli və 100 azərbaycanlı tələbə, konsulluğun əməkdaşları, habelə Gəncə şəhərinin ictimai nümayəndələri iştirak edir.

Yürüş başa çatdıqdan sonra abidə önünə çələng qoyulacaq, baş konsul Rəcəb Öztop çıxış edəcək.

Aqşin Əsgərov 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir