Cəmiyyət

Bakıda parkinq sisttemində AÇIQ XAOS – GİLEY

“Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli “Azparking” əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır”. DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış jurnalist Aqil Ələsgər qeyd edib.

“İnsanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər? Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq “Azparking”ə getməlidir?!” deyə eirazını bildirərək suallar verən jurnalistt daha sonra vurğulayır:

“Maraqlıdır ki, “Azparking” əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır.

Hesab edirəm ki, “Azparking” ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır…”

Məsələ ilə bağlı olaaraq qarşı tərəfi də dinləməyə hazırıq…DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir