Cəmiyyət

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERLƏRİNİN SİRRİ… – TƏFƏRRÜAT

Bu ilin fevral ayında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsinə təyin olunan İlkin İsmayılov dayanmadan tender elan edir. Müsabiqə 753 min 950, 5 AZN manat məbləğində yeməkxana və mətbəx ləvazimatları, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq və aksesuarların satın alınması ilə bağlı keçirilib.

Hələlik xəstəxanada bu avadanlıqların verilib-verilməməsi haqqında məlumatımız yoxdur. Amma müqavilələrdən aydın olur ki, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 144 815 AZN-dir.

Maliyyə dəyəri 21 225 AZN təşkil edən digər müqavilə isə yeməkxana və mətbəx ləvazimatlarının satınalması ilə bağlıdır.

Digər 3 tenderə gəlincə, maşın, avandanlıq və aksesusarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri 488 305,5 AZN, bərk invertarların satın alınması ilə bağlı imzalanıb müqavilənin maliyyə dəyəri isə 99 605 AZN-dir.

Bundan öncə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Laborator tibbi xidmətlərin satın alınması üçün elan etdiyi tender 3.000.000 AZN məbləğindədir.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERLƏRİNİN SİRRİ…
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERLƏRİNİN SİRRİ…
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERLƏRİNİN SİRRİ…
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERLƏRİNİN SİRRİ…

Tenderin başlama tarixi 18.07.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə təsadüf edir.

Qısa bir müddətdə yenə tender sorğusu keçirən Gəncə Birləşmiş Xəstəxanasına 08.08.2023 cü il tatixli Dəftərxana və təsərrüfat malları 169.998,32 AZN min manatlıq satınalma edib və qalib müəyyən olunubdur.

Ümumilikdə 3 milyon 923 min manatlıq avadanlıq alınması barədə elan olunub, qalib müəyyən olunmağına baxmayaraq, bu qədər avadanlığın alınması sual altındadır.

Gəncə Şəhər Xəstəxanaları, poliklinikaları yeni avadanlıqlarla müasir inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq müasir yeməkxana və mətbəx ləvazimatları olduğu halda, bu qədər satınalmanın, tenderin məbləğinin 3 milyondan daha artıq olması və onun hansı istiqamətdə xərclənməsi sual doğurur. //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir