Cəmiyyət

“Əhalini qiymət artımına hazırlayırlar” – NƏ ETMƏLİ?

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov dünənki açıqlamasında bildirdi ki, 2022-ci ildə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib. Açıqlama sosial şəbəkələrdə kifayət qədəq müzakirə olundu. Müzakirələrdən məlum oldu ki, H.Məmmədovun dediklərinə və qeyd etdiyi rəqəmlərə heç kəs inanmır.

Millitv.az Tribunainfo.az-a istinadla xəbər verir ki, iqtisadçılar da sözügedən açıqlamanı müxtəlif formada izah edirlər. İqtisadçı ekspert Zöhrab İsmayıl bildirib ki, “Bakı Metropoliteni” Azərbaycanda ən qeyri-şəffaf dövlət qurumlarından biridir. QSC 2016-2020-ci illər üzrə maliyyə hesabatlarını yalnız ötən ilin sentyabrında açıqlayıb: “Son 2 ilin maliyyə hesabatı isə hələ ki, dərc olunmayıb. Açıqlanan hesabatlar isə nə dərəcədə etibarlıdır, söyləmək çəkindir. Çünki 2016-2020-ci illər üzrə hesabatların hamısına eyni bir fərdi auditor rəy verib. 125 milyon manat gəliri olan qurum niyə beynəlxalq audit keçməsin, başa düşmək çətindir”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Metropoliten rəhbərliyinin açıqladığı 68 qəpiyin hansı formda hesablandığı maraq doğurur: “Necə hesablayıblar, hansı metoddan istifadə ediblər, niyə 68 qəpik olub, sərnişin 1 stansiya gedəndə də 68 qəpik olur, 10 stansiya gedəndə də?! Bütün bu suallara cavab yoxdur, sadəcə tavandan bir rəqəm söyləyib ictimai rəyi qiymət artımına hazırlayırlar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir