Cəmiyyət

Xəzər dənizi ilə bağlı daha bir təhlükə yaranıb, suyun səviyyəsi 3,7 metr enə bilər

“2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər. Ssenariyə görə əgər ölkələr heç bir tədbirlər görməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər”.

“Zirvə yolu” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

O bildirib ki, burada modelləşdirmə işləri vacibdir: “Ssenari və qiymətləndirmələr var, lakin nəticələr müxtəlifdir. Məlumatların hamısı ümumiləşdirilib ortaq məxrəcə gəlinməlidir ki, daha dəqiq informasiya əldə edilsin”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir