Noyabrın 3-də Xaçmaz rayonu ərazisində 1966-cı il təvəllüdlü Rasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
“Zirvə yolu” Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə xəbər verir ki, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Faiq Əliyevin Xaçmaz şəhəri ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rasim Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, prokurorluğun qərarı əsasında Faiq Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, adıçəkilən şəxs istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyitinin olması ilə bağlı polisə məlumat daxil olub.