Cəmiyyət

Apelyasiya instansiyası da Hacı Salayevin xüsusi ittihamını qüsurlu saydı – RƏDD ETDİ

Sabiq deputat Hacı Salayevin “Yeni Müsavat” Media Qrupu və onun təsisçisi Rauf Arifoğlu ilə daha bir məhkəmə çəkişməsi sona çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə eks-deputat Hacı Salayevin Xətai Rayon Məhkəməsinin qərarından verdiyi şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, apelyasiya instansiyası Xətai rayon Məhkəməsinin iş üzrə qərarının qanuni olduğunu bir daha təsdiqləyib və qüvvəsində saxlayıb.

Yada salaq ki, Hacı Salayev Xətai rayon Məhkəməsinə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında şikayəti təqdim etmişdi. Məhkəmənin hazırlıq iclasında Hacı Salayevin xüsusi ittiham qaydasında verdiyi şikayətinin bir sıra hüquqi pozuntularla hazırlanması, qüsurlu olması səbəbindən icraata qəbul olunmasından imtina olunmuşdu. Qərardan narazı qalan Hacı Salayev apelyasiya şikayəti vermişdi.

Xatırladaq ki, Hacı Salayev digər məhkəmələrə də “Yeni Müsavat” Media Qrupuna və onun təsisçisi Rauf Arifoğluna qarşı iddialar təqdim etmişdi.

Həmin iddialar da hazırkı şikayətindən mahiyyət etibarı ilə fərqlənmir. Sabiq deputat əsassız iddialarla qəzet rəsmiləri ilə yanaşı məhkəmələrin də vaxtını alır. İddiaçı qismində çıxış edən Hacı Salayev media qrupa daxil olan saytları məhkəməyə verərək, onlardan “şərəf və ləyaqətinin zədələnməsinə görə” 1 milyon manat vəsait tələb edir. Onun mülki qaydada müraciət etdiyi işlər hələ davam edir. Hacı Salayev o dərəcədə qəzəblidir ki, onunla bağlı heç nə yazmayan rusdilli Minval.az saytını da məhkəməyə verib…

Musavat.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir