Cəmiyyət Manşet

Gəncə şəhərində Zəfər günü qeyd olunub

“Zirvə yolu” xəbər verir ki, bu gün ölkəmizin hər yerində olduğu kimi Gəncə şəhərində də Zəfər günü qeyd olunmuşdur. Bu münasibətlə şəhərdə Azərbaycan Ordusunun bölmələrinin iştirakı ilə yürüş keçirilmişdir. Yürüş şəhər ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhəri 5 dəfə raket zərbəsinə məruz qalmış, dövlət və mülki obyektlərə, yaşayış sahələrinə böyük ziyan dəymişdir. Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsilə başa çatmış və işğalda olan torpaqlarımız azad olunmuşdur.

Aqşin Əsgərov: Bölgə müxbiri 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir