Aİ XİN başçıları Brüsseldə toplanıb, gündəlikdə Azərbaycan və Ermənistan məsələsi də var
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü keçirilir.
“Zirvə yolu” xəbər verir ki, nazirlərin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişəni müzakirə edəcəkləri gözlənilir.
Digər əsas mövzu Rusiya-Ukraynada müharibəsi və bununla bağlı bütün məsələlər, o cümlədən Kiyevə maliyyə və hərbi yardım və təhlükəsizlik təminatları olacaq.